Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

“TRAMPLA İŞBİRLİYİMİZ VAR”

trend_ziya_memmedov_250909

İş adamı Donald Trampın Amerika prezidenti seçilməsi ilə bağlı müzakirələr Azərbaycan mediasının da əsas mövzularından biridir. Xeberinfo.com:  Bəzi iddialara görə, Amerikalı milyarderin prezidentliyi son dövrlər mövqelərini ciddi şəkildə itirən nəqliyyat naziri Ziya Məmmədovun yenidən dirçəlişi üçün bir trampilin rolunu oynaya bilər.

Gununsesi.info nəqliyyat naziri Ziya Məmmədovun özü ilə bu barədə danışmağa çalışıb. Nazirlə qısa söhbəti təqdim edirik:

- Ziya müəllim, dünya ictimaiyyətinin gözləntilərinin əksinə olaraq, Donald Tramp prezident seçildi. Bu sizin üçün nə deməkdir?

– Amerika xalqı etimad göstərib və o, da prezident olub. Mənim nəsə söyləyəcəyimin nə əhəmiyyəti var axı. Bu amerikalıların seçimidir. Hər bir xalqın seçiminə də hörmətlə yanaşılmalıdır.

- Trampı təbrik etdinizmi? Onunla münasibətləriniz nədən ibarətdir?

– Trampla iş birliyimiz var… İş birliyimiz var deyərkən, oğlumla işbirliyi olub.

- Bu gün münasibətlər qalırmı?

– Onu oğlumdan soruşun. Mən bu barədə heç nə demək istəmirəm. Özündən soruşsanız daha yaxşı olar.

- Mediada belə bir fikir yayılıb ki, Trampın prezidentliyi mövqeləri son zamanlar hakimiyyət daxilində zəifləyən Ziya Məmmədov üçün bir şans oldu. Bəlkə deyəsiniz, Donald Trampın Amerika prezidenti olması Sizin üçün nə vəd edir?

– Bu qədər danışdım, yetər. Sağlıqla qalın… (Telefonun dəstəyini asır-red.)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam