Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Bu torpaqlar Kərəm Həsənova PEŞKƏŞ EDİLİB? -NARAZILIQ VAR...

Cəlilabad rayonunda sakinlərin torpaq sahələri ilə bağlı şikayətləri davam edir.

Yenixexeberorg.biz: Kənd sakinləri bildirirlər ki, Sovet dövründən qalan bir sıra obyektlərin əraziləri onların iddiasına görə sonradan qanunsuz şəkildə özəlləşdirilərək ayrı-ayrı şəxslərin adına keçirilib.

Sakinlərin sözlərinə görə, onların əsas narazılıqlarından biri “Rus qəbiristanlığı” kimi tanınan ərazi ilə bağlıdır. Onlar iddia edirlər ki, həmin ərazi satışa çıxarılıb və bunun arxasında Günəşli kənd icra nümayəndəsi İlqar Həsənovun dayandığını bildirirlər.

Sakinlər həmçinin iddia edirlər ki, torpaq sahələrinin bir hissəsi Prezidentin köməkçisi Kərəm Həsənovun qohumlarının adına rəsmiləşdirilib. Onlar həmin torpaqların qanuni əsaslarının araşdırılmasını və sakinlərə qaytarılmasını tələb edirlər.

Müraciətdə qeyd olunur ki, sakinlər problemlərini aidiyyəti qurumlara çatdırmaqda çətinlik çəkirlər və məsələnin araşdırılmasını istəyirlər.

Qeyd edək ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovdur.(bizimesr.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam