Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Dünya çempionatı: Azərbaycanın daha dörd cüdoçusu bu gün tatamiyə çıxacaq

Azərbaycanın daha dörd cüdoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə start verəcək.

Yenixeberorg.biz-in məlumatına görə, bu gün Hanna Zaytseva (63 kq), Vüsal Qələndərzadə, Zelim Tçkayev və Ömər Rəcəbli (hamısı 81 kq) tatamiyə çıxacaqlar.

H.Zaytseva 1/16 finalda Pey Çun Yuan (Çin Taypeyi) – Anna Kriza (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

V.Qələndərzadə 1/32 finalda Bolqarıstan təmsilçisi Hristo Valkovla qarşılaşacaq.

Z.Tçkayev 1/16 finalda Timoti Meuvsen (Cənubi Afrika Respublikası) – Viktor Sterpu (Moldova), Ö.Rəcəbli Sibqatullah Arab (IRT) – Mahamadu Dukara (Mali) duelinin güclüsü ilə görüşəcək.

Təsnifat mərhələsinə saat 10:30-da start veriləcək. Final bloku isə saat 18:00-da başlayacaq.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam