Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Rusiya Ukrayna ilə enerji atəşkəsi müqabilində ABŞ-dan sanksiyaların yumşaldılmasını tələb edir

KİV: Rusiya Ukrayna ilə enerji atəşkəsi müqabilində ABŞ-dan sanksiyaların yumşaldılmasını tələb edir
Rusiya Ukrayna ilə mümkün enerji atəşkəsi üzrə danışıqlar çərçivəsində ABŞ-dan sanksiyaların yumşaldılmasını tələb edib.

Yenixeberorg.biz: Bu barədə danışıqlardan məlumatlı ABŞ və Ukrayna rəsmiləri “The Kyiv Independent” nəşrinə bildiriblər.

Məlumata görə, Moskva, həmçinin bu təşəbbüsü Qara dənizdə atəşkəs məsələsi ilə əlaqələndirməyə çalışır.

Bu tələblər Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarını intensivləşdirdiyi bir vaxtda irəli sürülüb. Ukraynanın yüksək vəzifəli müdafiə rəsmilərindən biri Moskvanın mümkün danışıqlar ərəfəsində mövqeyini gücləndirmək üçün Ukraynaya mümkün qədər çox ziyan vurmağa çalışdığını bildirib.

Rusiya hücumları fonunda Kiyev artıq hər gün elektrik enerjisinin kəsilməsi ilə üzləşir. Oktyabrın 8-də Rusiyanın həyata keçirdiyi hücum Ukraynanın üç milyondan çox əhalisi olan paytaxtında genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam