Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

U-17 Avropa çempionatı:Azərbaycanın daha beş boksçusu qələbə qazanıb

Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında Azərbaycan millisinin daha 5 idmançısı qələbə qazanıb.

Yenixeberorg.biz-in məlumatına görə, Nihad Məmmədli (48 kq) 1/16 finalda Lasaro Ernandesi (İspaniya) cəmi 58 saniyəyə tam üstünlüklə məğlub edib.

O, oktyabrın 7-də ikinci görüşündə ilk mərhələdən azad olan Filip Borkovski (Polşa) ilə üz-üzə gələcək.

İsmayıl Nəsirzadə (52 kq) də 1/16 finalda ilk raundda qələbəsini rəsmiləşdirib. Təmsilçimiz İlir Selmanidən (Şimali Makedoniya) güclü olub. Nəsirzadə oktyabrın 7-də 1/8 finalda Vakaris Kiseliunası (Litva) sınağa çəkəcək.

Şükar Əliyev (80 kq) də döyüşü vaxtından əvvəl xeyrinə bitirib. Boksçu 1/8 finalda Lazare Dokvadzeyə (Gürcüstan) üçüncü raundda tam üstünlüklə qalib gəlib. O, oktyabrın 8-də növbəti döyüşündə Maksim Rumyantsevlə (Belarus) münasibətinə aydınlıq gətirəcək.

Mehran Rəsulov (+80 kq) 1/8 finalda Levente Lorantanı (Macarıstan) mübarizədən kənarlaşdırıb. Rəqibini 4:1 (30:27, 28:29, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edən milli üzvü növbəti cəhdində Stefanos Atanasiu (Yunanıstan) ilə qüvvəsini sınayacaq. Döyüş oktyabrın 8-də baş tutacaq.

Səma Abbasova (66 kq) da 1/8 final görüşündən qalib ayrılıb. O, Robin Oreyli (İrlandiya) üzərində 3:2 (29:28, 29:28, 27:30, 28:29, 29:28) hesabı ilə qələbə qazanıb. Abbasova oktyabrın 7-də Aleksandra Kerdolla (İsrail) gücünü yoxlayacaq.

Qeyd edək ki, 40 ölkədən 473 boksçunun qatıldığı Avropa çempionatı oktyabrın 11-də yekunlaşacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam