Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Ziya Məmmədovun “vurulması”na səbəb nədir?

 

Hafiz Məmmədov nəqliyyat naziri barədə «yuxarılar»a hansı məlumatları ötürüb?

Nəqliyyat naziri Ziya Məmmədovun "vurulmasının” kökündə vaxtilə onunla şərik olmuş "Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun hakimiyyətin zirvəsinə ötürdüyü məlumatlar dayanır.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə "Azadlıq”a nəqliyyat nazirinin yaxın çevrəsindən məlumat daxil olub.

Məlumatda bildirilir ki, Hafiz Məmmədovun Ziya Məmmədovla bağlı hansı bilgiləri "yuxarılar”a təqdim etdiyi dəqiq bilinmir. "Lakin Hafiz Məmmədov Ziya Məmmədovla bağlı çox ciddi məlumatlara malik idi. Onun həmin məlumatları hakimiyyətin zirvəsinə ötürdüyü şübhəsizdir. Bəzi ehtimallara görə, bu məlumatlarda Ziya Məmmədovun maliyyə əməliyyatlarında qaydalara riayət etməməsilə bağlıdır”, – deyə qaynağımız bildirir.

Qeyd edək ki, son vaxtlar Ziya Məmmədovun "vurulmasına” hazırlıq getdiyi barədə məlumatlar yayılır. Müşahidələr də bu məlumatların əsassız olmadığını göstərir. Nazirə məxsus "Transqeyt” şirkətinin marşrut avtobuslarının xətdən çıxarılması, taksi fəaliyyətilə bağlı lisenziyanın ASAN xidmətə verilməsi, Bakı-Sumqayıt qatarının açılış mərasiminə Ziya Məmmədovun dəvət olunmaması, nəhayət onun ölkə başçısı Ilham Əliyev səviyyəsində sərt tənqid olunması "nəqliyyat bossu”nun artıq hakimiyyətdə nüfuzunu itirdiyini göstərir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam