Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Misir səfiri -Azərbaycana təşəkkür edib

Misir səfiri Azərbaycana təşəkkür edib
Misirin ölkəmizdəki səfiri Adel İbrahim 25-26 oktyabr tarixlərində Bakıda keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün yüksək şəkildə təşkil edildiyinə görə Azərbaycana təşəkkürünü bildirib.
Yenixeber.org: Bu barədə Misirin Bakıdakı səfirliyindən məlumat verilib.

“Zirvə Görüşünün uğurla idarə edilməsinə, yüksək təşkilatçılığa, səmimi qarşılamaya və təşkilati səylərə, həmçinin hazırlıq iclaslarını müdrikcəsinə və səriştəli şəkildə təşkilinə, müxalif dövlətlərin mövqeləri arasındakı görüş nöqtələrini yaxınlaşdımağa nail olduğuna görə Azərbaycan hökumətinə təşəkkür edirəm”, - deyə diplomat bildirib.

Səfir A.İbrahim Misirin Xarici işlər naziri Sameh Şükrünün Bakı sammitində iştirakının çox uğurlu olduğunu vurğulayıb. Diplomatın sözlərinə görə, bu, son bir neçə il ərzində Misir Xarici işlər nazirinin Azərbaycana ilk səfəri idi.

A.İbrahim Zirvə Görüşü çərçivəsində Misir və Azərbaycan XİN başçılarının görüşünün ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə və inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.

Diplomat əlavə edib ki, Misirlə Azərbaycan arasında dostluq və tarixi münasibətləri əks etdirən ikitərəfli əlaqələri, bu əlaqələrin bütün sahələrdə ölkələrimizin imkan və potesiallarına uyğun olaraq necə inkişaf etdiriləcəyinə dair müzakirələr aparmaq üçün nazir Sameh Sükrünün yaxın zamanlarda Bakıya səfər edəcəyinə dair razılıq əldə olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam