Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Mövlud Çavuşoğlu Azərbaycana gələcək –Tarix açıqlandı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə qatılacaq.

Yenixeber.org: Türkiyə 2006-cı ildən bəri qonaq ölkə olaraq Qoşulmama Hərəkatının yüksək səviyyəli iclaslarında iştirak edir.

Məlumatda bildirilib ki, Mövlud Çavuşoğlu Zirvə görüşünün Nazirlər Komitəsinin iclasında Fələstinlə bağlı toplantıda iştirak edəcək, bundan başqa, həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, 1956-cı ildən təşkilat olaraq yaradılan, 1961-ci ildən hərəkata çevrilən Qoşulmama hərəkatı Qərb ittifaqı ilə Şərq blokundan əlavə üçüncü blok kimi meydana çıxıb. Qoşulmama Hərəkatına üzv olan ölkələr hərbi bloklara qoşulmur.

Azərbaycan 2011-ci ildən bu hərəkata qoşulub və 2019-2022-ci ilədək Qoşulmama Hərəkatına ev sahibliyi edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam