Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

XİN rəhbərlərinin Bakı görüşü: Sədrlik Azərbaycana keçdi

XİN rəhbərlərinin Bakı görüşü: Sədrlik Azərbaycana keçdi - Yenilənib
Bakıda Qoşulmama Hərəkatı (NAM) Xarici İşlər Nazirlərinin rəsmi görüşü başlayıb.

Yenixeber.org: Bu barədə Azərbaycan XİN-in “Twitter” səhifəsində məlumat verilib.
Görüşdə təşkilata sədrlik Venesuelanın Xarici İşlər naziri Jorge Arreaza tərəfindən Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarova təqdim edilib.

Sədrliyin Azərbaycana təqdim edilməsinə görə təşəkkürünü bildirən E.Məmmədyarov qeyd edib ki, ölkəmiz təşkilata sədrliyi dövründə təşkilatın inkişaf etdirilməsi, üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi istiqamətində lazımi fəaliyyət həyata keçirəcək.

Bundan əlavə, XİN rəhbəri Qoşulmama Hərəkatının beynəlxalq sülhə verdiyi mühüm töhfələrdən danışıb. Bildirib ki, Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür.

Nazir vurğulayıb ki, Azərbaycan ilk dəfə olaraq Qoşulmama Hərəkatının Gənclər Forumunun keçirilməsi təklifini irəli sürüb.

"Enerji təhlükəsizliyi, ətraf mühit və digər sahələrdə əməkdaşlıq gücləndirilməlidir. Azərbaycan beynəlxalq mədəniyyətlərarası dialoqun mərkəzi olmaqda davam edir".

Çıxışında Qarabağ probleminə toxunan E.Məmmədyarov vurğulayıb ki, münaqişə regional sülhə böyük təhlükə yaradır.

Hazırda XİN rəhbərlərinin görüşü çıxışlarla davam edir.

Qeyd edək ki, XİN rəhbərlərinin görüşündən sonra oktyabrın 25-26-da dövlət və hökumət başçılarının sammiti keçiriləcək. Azərbaycan 2019-2022-ci illərdə NAM-a sədrlik edəcək.



Pərvanə Sultanova

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam