Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Əfv olunanlar Prezidentə təşəkkür etdilər

 

Azərbaycan Prezidenti İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı sərəncamın icrasına başlanılıb. 

"Xeberinfo.com":  Trend-ə istinadən xəbərə görə, Prezidentin imzaladığı əvf sərəncamına əsasən, bu gün səhər 6 saylı cəzaçəkmə müəssisədən 10 nəfər məhkum azadlığıa buraxılıb.

Onlardan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən, 9 illik azadlıqdan məhkum edilmiş, onun 5 il 10 aylıq hissəsinin cəzasını çəkmiş Quliyev Şirməmməd Məmməd oğlu əfv olunduğuna görə İlham Əliyevə təşəkkürünü bildirib: “Bayram günündə bizi ailəmizə qovuşdurğuna görə Prezidentə minnətdarlıq edirik. Buradan çıxan kimi ailəmizin yanına gedəcəyik. Çalışacağıq ki, bir daha səhvlərə yol verməyək”.

Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə 7 il azadlıqdan məhrum edilmiş Sarıyev İman Hacı oğlu da Prezident İlham Əliyevə minnətdarlıq edib: “Bundan sonra qanunazidd əməllər törətməyəcəyəm. Bu səhvimi bir daha təkrarlamayacağam. Buradan çıxandan sonra işləmək, ailəmizi dolandırmaq lazımdır. Bunun üçün çalışacağam”.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İdarə rəisi Musa Hümbətov bildirib ki, bu, cari ildə Prezident İlham Əliyev tərəfindən imzalanmış sayca 3-cü əfv sərəncamıdır. Bu sərəncamlar nəticəsində 300-dən çox məhkum əfv olunub.

Sonuncu sərəncama əsasən isə 87 nəfər əfv edilib ki onların da biri Türkiyə vətəndaşıdır. Əfv edilənlərin ikisi qadındır. M.Hümbətov deyib ki, əfv edilənlərdən 79 nəfəri azadlıqdan məhrum etmə cəzasından, 3 nəfər islah işlərindən, 5 nəfər isə cərimələrdən azad edilib.

Əfv olunanlar arasında “Nida” Vətəndaş Hərəkatının iki üzvü - Üzeyir Məmmədli və Zaur Qurbanlı, jurnalistlər - Əvəz Zeynalov və Sərdar Əliyev, vəkil Qurban Məmmədov da var.

Sərəncam ümumilikdə 86 nəfər Azərbaycan vətəndaşı və 1 nəfər Türkiyə vətəndaşına şamil olunub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam