Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Qurban bayramında əfv olacaq?- Komissiyadan rəsmi AÇIQLAMA

 

Ötən gün bir sıra KİV-lərdə ölkə başçısı tərəfindən Qurban bayramı ərəfəsində yeni əfv sərəncamının imzalanmasının gözlənildiyinə dair xəbərlər yayılıb.

Yenixeber.org: Məsələ ilə bağlı AzVision.az-a açıqlama verən Azərbaycan prezidenti yanında Əfv məsələləri üzrə Dövlət Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, Qurban bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilmir.

O, xatırladıb ki, bu ilin martın 16-da prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb: “Bu əfv sərəncamının imzalanmasının üzərindən qısa bir vaxt keçib. Ona görə də yeni əfv sərəncamının olacağını güman etmirəm. Ancaq, bu, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin səlahiyyətlərinə aid olan məsələdir”. 

Ə.Nuriyev onu da bildirib ki, bu günlərdə əfv komissiyasının iclası keçirilməyib: “Bu baxımdan əfv sərəncamının olacağını güman etmirəm. Bununla belə qeyd etdiyim kimi, əfv sərəncamının verilməsi cənab prezidentin konstitusion səlahiyyətlərinə aid olan məsələdir. Güman etmirəm ki, əfv sərəncamı verilsin”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam