Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

"Ledi Qaqaya 2 milyon dollar qonorar verilməyib"

 

Gənclər və idman naziri Azad Rəhimov dünya şöhrətli müğənni Ledi Qaqanın Avropa Oyunlarının açılış mərasindəki ifasına görə 2 milyon dollar qonorar alması haqda yayılan xəbərlərə münasibət bildirib.

"Xeberinfo.com":  Məlumata görə, Nazir azvision.az-a verdiyi açıqlamada bildirib ki, Ledi Qaqaya ödənilən məbləğ kommersiya sirridir: “Ledi Qaqa ilə müqavilə imzalanmışdı. Razılaşmaya görə, aldığı qonorar kommersiya sirri kimi gizli saxlanılmalıdır. Onu nə biz açıqlaya bilərik, nə də Ledi Qaqa”.

Nazir təkcə onu bildirib ki, deyildiyi kimi Ledi Qaqaya 2 milyon dollar qonorar verilməyib. “Qonararın məbləği o qədər olmayıb”,-deyə Azad Rəhimov bildirib.

Qeyd edək ki, “Eurosport” saytı Ledi Qaqanın Bakıdakı çıxışı üçün 2 milyon dollar pul aldığını iddia edib.

Xatırladaq ki, iyunun 12-də Avropa Oyunlarının Bakı Olimpiya Stadionunda keçirilən açılış mərasimində çıxış edib. O, xüsusi olaraq hazırlanan və güllərlə bəzədilən piano arxasında idmançılar üçün “İmagine” (Xəyal Et) mahnısını səsləndirib. İfanın sözləri Con Lennona məxsusdur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam