Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

"Bakı-2015"-in açılışını Ledi Qaqa edəcək

 

Ledi Qaqa, Ornella Muti və digər dünya ulduzları bu gün Bakı Olimpiya Stadionunda I Avropa Oyunlarının təntənəli açılış mərasimində iştirak edəcəklər.
"Xeberinfo.com":  Açılış mərasimi bu gün axşam baş tutacaq. Mərasim böyük konsert proqramı ilə davam edəcək. Konsertdə Ledi Qaqa və dünya ulduzları ilə yanaşı yerli məşhur sənətçilər də çıxış edəcək. Mərasimin aparıcısı Ornella Muttidir.
Məşhur ulduzlar  I Avropa Oyunlarının açılış mərasiminə qatılmaları barədə məlumatları öz İnstagram səhifəsində paylaşıblar.
Azərbaycandan isə səhnəyə xalq artisti, muğam ifaçısı Alim Qasımov, “O səs Türkiyə” yarışmasının qalibi və “Eurovision” müsabiqəsinin iştirakçısı Elnur Hüseynov çıxacaqlar. Digər sənətçilərin adı hələ məlum deyil. Müğənnilər Adel və Riki Martinin də tədbirdə çıxış edəcəyi güman olunur. Lakin Avropa Oyunları Təşkilat Komitəsinin mətbuat xidmətindən bu məsələni şərh etməyiblər.  
“Bütün tamaşaçılar açılış mərasimində gördüklərindən heyrətə gələcəklər” deyə I Avropa Oyunları əsas əməliyyat direktoru Saymon Kleqq yerli mətbuata bildirib (sputnik.az).

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam