Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

600-dən çox bal toplayan 14 nəfər Gəncəni seçib

600-dən çox bal toplayan 14 nəfər Gəncəni seçib

Dövlət İmtahan Mərkəzi tərəfindən 2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 600 və daha yüksək bal toplayan abituriyentlərdən 14 nəfəri Gəncə Dövlət Universitetini seçib
Yenixeber.org: Universitetə 500 və daha yüksək balla daxil olan tələbələrin sayı isə 101 nəfər olub.

Builki qəbul göstəriciləri bu vaxtadək GDU-da qeydə alınmış ən yüksək rəqəmlər hesab olunur. Ali təhsil müəssisəsinin fakültələri arasında ən yüksək göstərici isə xarici dillər və filologiya fakültələrində qeydə alınıb.

Belə ki, qəbul imtahanında 657 bal toplayan Hicran Əliyeva filologiya, 653 bal toplayan Aytən Mirzəyeva və 645 bal toplayan Günel Fərzəliyeva xarici dillər fakültələrini seçiblər.

Bu il Gəncə Dövlət Universitetinin 40 ixtisası üzrə 1482 abituriyent ixtisas seçimində iştirak edib. Həmin gənclərdən 1450-si qeydiyyatdan keçərək seçimlərini təsdiqləyiblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam