Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Qəbul imtahanlarında abituriyentlərin 9,8 faizi 500-700 arası bal toplayıb

 Təhsil eksperti Kamran Əsədov 2018-2019-cu il üçün ali məktəblərə ilk qəbul imtahanlarının bəzi nəticələrini açıqlayıb

Yenixeber.org: O bildirib ki, ali məktəblərə qəbul imtahanlarında abituriyentlərin 9,8 faizi 500-700 arası bal toplayıb.
K.Əsədov əlavə edib ki, yaz qəbul imtahanlarında ümumilikdə I-IV ixtisas qrupu üzrə 68 min abituriyent imtahan verib: "I ixtisas qrupu üzrə 27478 nəfər iştirak edib, onlardan 1916 nəfər 500-700 arası bal toplayıb. II ixtisas qrupu üzrə nəfər 16700 iştirak edib, onlardan 1328 nəfər 500-700 arası bal toplayıb. III ixtisas qrupu üzrə 18900 nəfər iştirak edib, onlardan 2145 nəfər 500 - 700 arası bal toplayıb. IV ixtisas qrupu üzrə 4981 nəfər iştirak edib, onlardan 1365 nəfəri 500-700 arası bal toplayıb".
Kamran Əsədov xatırladıb ki, 2018-2019-cu tədris ili üçün ali məktəblərə 45 min plan yeri ayrılıb: "Yaz sessiyasının qəbul  imtahanlarında 10 nəfər maksimum nəticə, 700 bal toplayıb".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam