Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Azərbaycanda “Donor haqqında” qanun qəbul edilə bilər

Azərbaycanda “Donor haqqında” qanun qəbul edilə bilər

 

 

“Transplantasiya ilə bağlı məsələlərin müzakirəsi və qanunla bağlı təkliflərin hazırlanması üçün mütləq İşçi Qrupu yaradılmalıdır”


 
Yenixeber.org: Bunu Milli Məclisin Səhiyyə komitəsinin “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair təşkil etdiyi dinləmədə komitənin sədri Əhliman Əmiraslanov bildirib. 
 
Ə. Əmiraslanov deyib ki, beyin ölümü geniş müzakirə olunmalıdır: “Müəyyən bir kurslar təşkil edilə bilər və həkimlər öyrənə bilər ki, beyin ölümünü necə təsbit etmək olar. Həkimlərin bunu bilməsi lazımdır. Bəzən həkimlərin bunu bilməməsi ucbatından orqan götürə bilmirik. Hökmən beyin ölümünü təsbit edən mərkəz yaradılmalıdır. Qanunda dəyişikliklər etməli, Nazirlər Kabinetinə, Səhiyyə Nazirliyinə tövsiyələr verməliyik”. 
 
Ə. Əmiraslanov orqan transplantasiyasında tibbi etikanın vacib olduğunu vurğulayıb: “Biz demirik ki, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” mütləq yeni qanun qəbul olunmalıdır. Ola bilər ki, İşçi Qrupu “Donor haqqında” qanunun qəbulunu təklif edəcək. Bütün bunlar İşçi Qrupunun təklifi əsasında müəyyən ediləcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam