Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Həkimlərin maaşı artırılsın– TƏKLİF

Həkimlərin maaşı artırılsın

 

“Səhiyyə sahəsinə ayrılan vəsait çox azdır, bu vəsait artırılmalıdır”

 

Yenixeber.org: Bunu Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, səhiyyə sahəsində çalışanların əməkhaqları olduqca aşağıdır: “Bölgələrdə müasir infrastruktura malik səhiyyə müəssisələri tikilir. Amma əməkhaqlarının aşağı olması bu mərkəzlərin effektiv çalışmasına mane olur. Mən büdcəyə diqqət elədim, gələn il səhiyyə sahəsinə ayrılan xərclər azalıb. Əgər biz səhiyyə sahəsinə ayrılan vəsaitləri sabit saxlasaq və ya azaltsaq, gələcəkdə səhiyyə sahəsində problemlərlə üzləşə bilərik. Azərbaycanda əhalinin sayı ildən-ilə artır. Səhiyyə sahəsinə ayrılan vəsait artırılmalıdır ki, adambaşına düşən səhiyyə xərcləri bu artıma uyğun olsun. Maliyyə Nazirliyindən bu cür ciddi məsələyə diqqət etməyi xahiş edirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam