Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Suriyada daha iki azərbaycanlı öldürüldü

 

Suriyada daha iki Azərbaycan vətəndaşının öldürüldüyü barədə xəbər yayılıb.

 

"xeberinfo.com":Bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.  Məlumata görə,“Əl-Nüsra Cəbhəsi” sıralarında Bəşər Əsədə qarşı vuruşan Fariz adlı azərbaycanlı hökumət qüvvələri tərəfindən öldürülüb. Onun Sumqayıtdan olduğu bildirilir. Mücahidlər onun meyitinin və ölümündən əvvəlki fotolarını sosial şəbəkələrdə yayıblar.

 

    Bundan başqa, mücahidlər ötən ilin dekabrında Suriyada öldürülən daha bir azərbaycanlının fotosunu da sosial şəbəkələrdə yerləşdiriblər. “Ziko” ləqəbli həmin azərbaycanlının da Sumqayıt şəhərindən olduğu bildirilir.

 

   Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam