Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Saatlıda istehlakçı hüquqlarına dair maarifləndirmə tədbiri və treninq keçirilib

 

 

İstehlakçı hüquqlarına dair maarifləndirmə tədbiri və treninq keçirilib

 

Yenixeber.org: İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nazirliyin yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə bu gün Saatlıda istehlakçı hüquqlarına dair konfrans keçirilib.

"Hər bir istehlakçı hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilmiş tədbirdə Dövlət Xidmətinin əməkdaşları məruzələrlə çıxış ediblər, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların mal alarkən diqqət yetirməli olduğu məsələlər və s. barədə iştirakçıları məlumatlandırıblar.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.

Həmin gün həmçinin, Saatlı rayonunda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün "Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri" mövzusunda təlim kursu keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam