Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Bu sosiska sağlamlığımıza təhlükədir- Diqqət

 

Yenixeber.org: İstehlak bazarında keyfiyyətsiz malların satışının qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan malların ilkin laborator müayinəsi zamanı "Hicaz 313" MMC tərəfindən istehsal olunan ət məhsullarının tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.

Qurumun mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bu pozuntuların daha çox istehsal mənşəli olduğu nəzərə alınaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq İqtisadiyyat və Səhiyyə nazirliklərinin nümayəndələri tərəfindən "Hicaz 313" MMC-yə məxsus istehsalat sahəsində birgə nəzarət tədbirləri həyata keçirilib, məhsulların müayinəsi üçün nümunələr götürülüb.

Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində "Hicaz" adlı mal və toyuq ətindən əla növ sosiskada nişastanın kütlə payının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu aşkar edilib.

Qanun pozuntularına təkrar yol verilməməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi barədə "Hicaz 313" MMC-yə göstəriş verilib.

İstehlak bazarında nəzarət tədbirləri davam etdirilir.

İqtisadiyyat və Səhiyyə nazirlikləri bir daha sahibkarlıq subyektlərinə ərzaq məhsullarının istehsalı prosesində normativ texniki tələblərə, sanitariya norma və qaydalarına ciddi əməl edilməsini, məhsulların keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmasını təmin etməyi tövsiyə edir.

Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkarlıq subyektləri barəsində ciddi məsuliyyət tədbirləri görüləcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam