Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

ARDNŞ 246 milyon manat ödəyə bilmədi

 

Dövlət Neft Şirkəti tərəfindən bu ilin iyul ayında dövlət büdcəsinə 145 milyon 525 min manat vəsait ödənilib.
 
"Xeberinfo.com":   SOCAR-ın yaydığı məlumata görə, cari ilin yanvar-iyul aylarında isə büdcəyə 874 milyon 255 min manat vəsait ödənilib.
 
Müqayisə üçün qeyd edək ki, SOCAR ötən ilin eyni dövründə büdcəyə 1 milyard 117 milyon 603 min manat vəsait ödəmişdi. Beləliklə, illik müqayisədə SOCAR-ın büdcəyə ödənişləri 243 milyon 348 min manat və ya təxminən 22% azalıb.
 
Bundan əlavə, bu ilin iyul ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11  milyon 173 min manat vəsait köçürüb. Ümumilikdə, 2015-ci ilin yanvar-iyul aylarında isə şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 80 milyon 957 min manat təşkil edib.
 
Qeyd edək ki, 2014-cü ilin yanvar-iyul aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 83 milyon 498 min manat təşkil etmişdi. Bu il ödəniş 2 milyon 541 min manat az olub.
 
Ümumilikdə, SOCAR həm büdcəyə, həm də Dövlət Sosial Müdafiə Fonduna ötən illə müqayisədə təxminən 246 milyon az ödəyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam