Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Donald Tramp -Fransa prezidentini tənqid edib

 

“NATO böyük məqsədlərə xidmət edir”.

Yenixeber.org: Bunu ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makrona cavabında bildirib.

“NATO-nu təhqir edilməsi xoş olmayan hərəkətdir. NATO barəsində belə bir açıqlama verə bilməzsiniz. Heç bir ölkə NATO-ya Fransa qədər ehtiyac duymur. Fransa kimi bir ölkənin belə açıqlama verməsi çox təhlükəlidir. Makronla çox yaxşı əlaqələrim var. Ancaq o, bəzən söylənməsi lazım olmayan şeylərdən danışır. Fransanın ABŞ şirkətlərinə vergi tətbiq etməsini istəmirəm. Vergi tətbiq edəcək biri varsa, o da Fransa deyil, ABŞ-dır”.

D.Tramp Türkiyə və bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında da açıqlama verib: “Türkiyə NATO-nun çox yaxşı üzvüdür. Ərdoğanla çox yaxşı anlaşıram”.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron noyabrın 6-da “Economist” jurnalına müsahibəsində NATO-nu tənqid edərək Alyansın beyin ölümünün reallaşdığınısöyləmişdi. O, Alyansın 5-ci maddəsinə inamının qalıb-qalmadığı ilə bağlı suala cavabında deyib: “Bilmirəm”.

Xatırladaq ki, dekabrın 2-3-də Londonda NATO-nun zirvə toplantısı keçirilir. İclasda D.Tramp və Rəcəb Tayyib Ərdoğan da iştirak edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam