Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Parisə gələn Tramp Makronu danladı - "Bu, təhqiredicidir" 

 

Parisə gələn Tramp Makronu danladı - "Bu, təhqiredicidir"
ABŞ prezidenti Donald Tramp sabah İkinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyi münasibətilə keçiriləcək tədbirdə iştirak etmək üçün Parisə gəlib.
 Yenixeber.org: "CNN” xəbər verir ki, hazırda Yelisey sarayında Trampla Fransa prezidenti Emmanuel Makronun təkbətək görüşü keçirilir. Daha sonra isə danışıqlara ABŞvə Fransa prezidentlərinin köməkçiləri də qoşulacaqlar. 

Lakin ABŞ prezidentinin təyyarəsi Parisə eniş etdikdən sonra Tramp Makronla görüşün heç də nikbin keçməyəcəyinə işarə edib. Belə ki, o, Fransa prezidentinin ABŞ-dan asılı olmayan ümumavropa qoşunlarının yaradılması təklifini tənqid edib.

“Fransa prezidenti Makron təzəliklə təklif edib ki, Avropa özünü ABŞ, Çin və Rusiyadan qorumaq üçün müstəqil ordusunu yaratmalıdır. Bu, olduqca təhqiredicidir. Gərək ki, Avropa ilk növbədə NATO büdcəsinə öz payını ödəsin” – Fransaya ayaq basan kimi Tramp tvitterdə yazıb.

Qeyd edək ki, Makronun dəvətilə 11 noyabrda Parisdə İkinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyi münasibətilə keçiriləcək tədbirdə 60-dan çox ölkənin dövlət və hökumət başçısı, o cümlədən də, Rusiya prezidenti Vladimir Putin iştirak edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam