Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Xəzər dənizində yeni raket gəmisi

 

Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasının tərkibinə daha bir döyüş gəmisi daxil edilib.

"Xeberinfo.com": APA-nın Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 19-da 21631 “Buyan-M” layihəli kiçik raket gəmisi suüstü gəmilər briqadasının bazasına qəbul olunub.

“Velikiy Ustyuq” adlı gəmi Xəzər flotiliyasının tərkibində 21631 “Buyan-M” layihəli üçüncü gəmidir.

Xəzər dənizi və Volqa çayının kiçik dərinlikləri nəzərə alınaraq Xəzər flotiliyası üçün xüsusi olaraq tikilən bu gəmilər ən çoxu 2 metr suya oturur. Kiçik çökmə və yüksək manevr qabiliyyəti sayəsində Xəzər dənizinin sahilboyu zonasında və çaylarda verilən tapşırıqları yerinə yetirməyi bacarır. Gəmi “Kalibr-NK” universal raket kompleksi ilə silahlandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam