Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Xəzər dənizində zədələnmiş İran gəmisi batdı– VİDEO

Xəzər dənizində zədələnmiş İran gəmisi batdı

 

 

Bazar günü - yanvarın 28-də Xəzər dənizinin cənub sahillərində, Bəndər Ənzəli limanı yaxınlığında İran hərbi dəniz donanmasına aid “Damavand” freqatı batıb

 

Yenixeber.org: Hərbi gəmi yanvarın 10-da ildırım vurmasından sonra ciddi zədələnib.

“Damavand” (əvvəlki adı “Vilayət”) freqatı rəsmi olaraq İran Hərbi Dəniz Qüvvələrində 9 mart 2015-ci ildə istismara verilib. Gəminin tonnajı 1500 ton təşkil edir, korpusunun uzunluğu 94 metrdir. 30 dəniz milinə qədər sürət yığan freqat qanadlı və zenit raketlərlə təchiz olunub və göyərtəsində helikopter olub.

Qeyd edək ki, yanvarın 10-da Xəzər dənizində leysan yağış və şimşəklə müşayiət olunan güclü fırtına olub. İran KİV-in yaydığı məlumata görə, fırtına zamanı altı ekipaj üzvü göyərtədən dənizə yıxılıb, onlardan yalnız dördünün həyatını xilas etmək mümkün olub.

Ehtimala görə, freqat ildırıma tuş gəldikdən sonra onun idarə olunmasında problemlər yaranıb və yüksək dalğalara çırpılan gəmiyə ciddi ziyan dəyib, bir müddət sonra isə gəmi batıb.

İran Hərbi Dəniz Donanmasının komandanlığı bu informasiyanı şərh etmir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam