Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Ərdoğandan dünyaya haqlı sual

 

cumhurbaskani-erdogan-din-adina-teror-kavramini-6520781_5452_400

 

“Kobaninin niyə belə əhəmiyyətli olduğunu başa düşməkdə çətinlik çəkirəm”

 "Xeberinfo.com":Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Kobani şəhəri uğrunda döyüşən 2 terrorçu təşkilat barədə maraqlı açıqlamalar verib.

“Barak Obama ilə telefon danışığımda bu təklifi mən etdim. Bildirdim ki, PYD və PKK qruplarına verəcəyiniz dəstəyi anlayışla qarşılayırıq. Ancaq bu bizim üçün qəbul edilə bilməz. Biz yalnız Azad Suriya Ordusu ilə əməkdaşlıq edə bilərik. Ancaq indi ABŞ rəsmiləri çıxıb başqa şeylər deyirlər. Media da bu xəbərləri fərqli şərh edir”.

Daha sonra PKK üçün Kobaninin niyə belə əhəmiyyətli olduğunu sual edən Ərdoğan Şimali İraqdan gələn peşmərgələrin Türkiyə ərazisindən Kobaniyə keçməsinə qarşı olmadığını deyib:

“İki gün keçdi, üçüncü, dördüncü gündəyik. Kobani müdafiə olunur. Kobani özləri üçün niyə bu qədər strateji əhəmiyyət daşıyır, onu anlamaqda çətinlik çəkirəm. Çünki Kobanidə mülki adam qalmayıb. 200 min nəfər ölkəmizə keçib, onlara ev sahibliyi edirik. Kobanidə yalnız 2 min qədər döyüşçü var”.

ABŞ-ın kürdlər üçün hava vasitəsi ilə göndərdiyi silahların İŞİD-in əlinə keçdiyini söyləyən Türkiyə prezidenti anti-İŞİD koalisiyassının Kobanini müdafiəsinə verdiyi dəstəyi tənqid edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam