Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

PKK-çı qadınların başını kəsdilər

 

     Suriyanın şimalındakı Kobani bölgəsində PKK-nın Suriya qolu ilə İŞİD arasında davam edən qarşıdurmalar iyirmi günə yaxındır ki, bütün dəhşəti ilə davam edir.

   "Xeberinfo.com": Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, son olaraq İŞİD əsir aldığı 3 PKK-çı qadının başını kəsib. Daha sonra dəmir çubuqlara keçirilən kəsik başlar şəhər meydanında sərgilənib.

    ABŞ-ın rəhbərliyi ilə beynəlxalq koalisiya Suriyada İŞİD-ə qarşı hava hücumları təşkil etsə də, terrorçu təşkilat Suriyanın kürd bölgəsi olan Kobanidə irəliləməkdədir. Kobani şəhər mərkəzinə girmək üçün İŞİD üç cəbhədən hücuma keçib.

     Bildirilir ki, hücumlar ağır silahlar və tanklar vasitəsilə həyata keçirilir. Bölgədə şiddətli küçə toqquşmalarına hazırlıq gedir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam