Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Magistrlərə möhlət hüququ veriləcək

 

“Çox təəssüf ki, Azərbaycan elmində qocalma tendensiyası müşahidə edilir”

 

"Xeberinfo.com":  Məlumata görə, bunu “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib. 
O, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edərkən bildirib ki, Azərbaycan elmində yaşı çox olan şəxslər gəncləri üstələyir. 
“Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının nəzdindəki elmi-tədqiqat mərkəzlərində, elmi müəssisələrdə və universitetlərdə fəaliyyət göstərən, 50 yaşa kimi olan bütün elm xadimlərinin sayı 50 yaşdan yuxarı olan elm adamlarının sayından 6 dəfə azdır”, - deyə Şəmsəddin Hacıyev bildirib. 
Deputat qeyd edib ki, “Elm haqqında” qanun layihəsində müəllimlərin, alimlərin, elm adamlarının sosial təminatının yaxşılaşdırılması ilə bağlı müddəalar öz əksini tapıb. Şəmsəddin Hacıyev bir daha xatırladıb ki, qanun layihəsində magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməsi də nəzərdə tutulub. 
“Bütün bunlarla yanaşı, elmin özünü maliyyələşdirməsi mexanizmləri də qanun layihəsində nəzərdə tutulub”. (ans)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam