Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Nazirlər Kabineti:Azərbaycanda koronavirusa yoluxma artır

 

 

“Hazırda koronavirus infeksiyası ilə bağlı tendensiya arzuolunan deyil. Burada gizli bir şey yoxdur”.

Yenixeber.org: Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov “Real” TV-nin efirində deyib.

O bir daha xatırladıb ki, hazırda Azərbaycanda koronavirusa yoluxmanın dinamikası həndəsi silsilə ilə artır:

“Biz sağalmalarda isə bunu görmürük. Ona görə də nə qədər ki, bu tendensiya belə davam edəcək, bu, o deməkdir ki, biz mənfi istiqamətdə gedirik. O zaman ki, biz görəcəyik ki, yoluxma pik həddinə çatdı və artıq yoluxma arta-arta getmir, ən azı sabit qalıb”.

Nazirlər Kabinetinin sözçüsü bildirib ki, əgər hər kəs qaydalara riayət edərsə, azalma prosesi gedər: “Ümid edirik ki, aprelin 20-dək qoyulan karantin rejimi müddətdə bizdə də dönüş nöqtəsi başlayacaq. Dönüş nöqtəsi başlayandan sonra da artıq bu məhdudiyyətlər də tədricən yumşaldıla bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam