Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Çində koronavirusdan ölənlərin sayı 1113 nəfərə çatıb -Yoluxanların sayı isə 44,6 mini ötüb

 

Çində koronavirusa (COVID-19 – rəsmi adı) yoluxanların sayı 44,6 min nəfəri ötüb.

Yenixeber.org: TASS xəbər verir ki, yeni virusdan ölənlərin sayı 1113 nəfərə çatıb.

Çinin Dövlət Gigiyena və Səhiyyə Komitəsinin məlumatına görə, yoluxanlardan 4740 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Ölkədə koronavirusdan rəsmi ölüm nisbəti 2,49% təşkil edir.

Pekində COVID-19-a 342 nəfər yoluxub. Onlardan 48-i sağalsa da, 3 nəfəri dünyasını dəyişib.

Rusiya ilə həmsərhəd olan Heilonjianq əyalətində ağır vəziyyət müşahidə olunur. Bu bölgədə virusdan ölənlərin sayı artıq səkkiz nəfərdir, yoluxanların sayı isə 378-ə çatıb. Onlardan 28-i sağalaraq sərbəst buraxılıb.

Rəsmi məlumatlara görə, yoluxmuş insanlarla yaxın təmasda olan 185 mindən çox sakin ölkədə həkimlərin nəzarəti altındadır. Çində, həmçinin karantində olan 16 mindən çox şübhəli insanın olduğu bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam