Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

"Star Logistic” MMC ilə bağlı MƏHKƏMƏ QƏRARI-KİVDF-nin tenderinin qalibi olub

 

 

Maliyyə Bazarlarına Nəzarət Palatası "Star Logistic” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati qaydada cərimələnməsi barədə protokol tərtib edib.

 

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, Xətai Rayon Məhkəməsi bu protokola əsasən, valyuta tənzimi qaydalarının pozulmasına görə şirkətin 808,8 ABŞ dolları məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.
 

İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən çıxarılan qərardan şirkət tərəfindən apellyasiya şikayəti verilib.
 

Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədovun çıxardığı qərara əsasən, cərimə qərarı ləğv edilib və icraata xitam verilib.
 

Qeyd edək ki, "Star Logistic” 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun “Tədbirlər üçün zəruri ləvazimatların satınalınması” tenderinin (lot-7) qalibi olub. Şirkətin fondun icraçı direktoru Vüqar Səfərliyə yaxın şəxslərə aid olduğu iddia edilir.(pravda)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam