Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Alya Yaqublu:“Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdı”

 

“Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdı”.

Yenixeber.org: Bunu Müsavatçı Qadınlar Birliyinin eks sədri, müsavatçı Tofiq Yaqublunun qohumu Alya Yaqublu öz facebook hesabında yazıb.

Almaniyada müsavatçıların siyasi mühacir alverinə görə həbs edilmələrinə münasibət bildirən A.Yaqublu vurğulayıb ki, Azərbaycandan mühacir axını çoxalandan sonra Almaniya hökuməti gedənlərin hər biri haqqında Azərbaycandakı müxtəlif təşkilatlara, o cümlədən, hakimiyyətə sorğular göndərməyə başlayıb:

"Baş Prokurorluq təxminən 3 il əvvəl bununla bağlı cinayət işi açıb, partiya rəhbərlərini çağırıb sorğu-sual edib".

Qeyd edək ki, ötən gün Almaniyanın 6 əyalətində 38-dən çox ev və iş yerlərinə basqın zamanı Azərbaycanın 7 vətəndaşı saxlanılıb. Onların barələrində həbs qətimkan tədbiri seçilib. Həbs edilənlər arasında Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, Müsavat Partiyasının üzvü Elşən Abdullayev də var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam