Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Cəbhədə atəş səsləri səngimir

 

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 66 dəfə pozulub.

"Xeberinfo.com":  Müdafiə Nazirliyindən verilən məlumata görə erməni silahlı bölmələri Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan və İcevan rayonunun Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli və Cəfərli kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Çiləbürt, Çaylı, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Şuraabad, Kəngərli, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.  

Düşmən cavab atəşi ilə susdurulub.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam