Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Metroda gediş haqqının artırılması ilə bağlı açıqlama

 

Bakı metrosunda gediş haqqının artırılması Tarif Şurasının səlahiyyətindədir.

"Xeberinfo.com":  Məlumata görə, bunu “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin Mətbuat katibliyi və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, “Bakı Metropoliteni” QSC məsələ ilə bağlı Tarif Şurasına müraciət etməyib.

Qeyd edək ki, Azərbaycanda bu gündən Tarif Şurasının qərarı ilə yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.

2015-ci ilin dövlət büdcəsində bildirilir ki, hal-hazırda bu gün “Bakı Metropoliteni”ndə gediş haqqı 20 qəpikdir. Lakin real olaraq hər bir sərnişinin daşınması nisbətən baha başa gəlir. Dövlət “Bakı Metropoliteni”ndən əhalinin ən çox aztəminatlı hissəsinin sıx istifadə etdiyini nəzərə alaraq, real gediş haqqı xərcinin qalan hissəsinin ödənilməsini öz üzərinə götürüb. Bu məqsədlə bu bölmədən “Bakı Metropoliteni”nə onun fəaliyyətinin tənzimlənməsi üçün 38 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam