Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Müdafiə Nazirliyindən başsağlığı

 

Azərbaycan  Müdafiə Nazirliyi professor Zahid Qaralovun vəfatı ilə bağlı başsağlığı verib. 
"Xeberinfo.com":  Məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi və kollektivi tanınmış ictimai xadim, professor Zahid Qaralovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.
Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Zahid Qaralov bir neçə gün əvvəl dünyasını dəyişib. 
Bu barədə YAP-ın mətbuat xidmətindən ANS PRESS-ə bildirilib. 
Qeyd edək ki, Zahid Qaralov məşhur 91-lərdən olub. Qaralov Zahid İbrahim oğlu 10 iyul 1934-cü ildə Gürcüstanın Başkeçid rayonunun Ormeşən kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Fizika-riyaziyyat fakültəsini bitirmişdir. 
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunun direktoru təyin olunmuşdur. Bir neçə dərslik və dərs vəsaitinin müəllifidir. O, Azərbaycanın baş prokuroru Zakir Qaralovun əmisidir.
Allah rəhmət eləsin!

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam