Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

MƏDƏT QULİYEV DTX RƏİSİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ -Nazir təyin olundu

medet-1558771964

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Yenixeber.org: Məlumata görə, Prezidentin digər Sərəncamı ilə Mədət Quliyev başqa bir vəzifəyə təyinat alıb. Belə ki, Prezident İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, bundan əvvəl dövlət başçısı İlham Əliyev  “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.

Prezidentinin Fərmanında deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

-Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 56) ləğv edilsin.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam