Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Əflatun Amaşov Hesablama Palatasının hesabatından danışdı

 

Əflatun Amaşov: "Təkliflər nəzərə alınsa..."

"Hesablama Palatasının hesabatı daha geniş və əhatəlidir. Qurumun fəaliyyəti bilavasitə maliyyə nəzarətini həyata keçirmək və aşkarlığın təmin edilməsidir. Bizim üçün daha vacib olan maliyyə nəzarətidir. Əvvəlki çıxışlarımda qeyd etmişəm ki, ölkəmizdə maliyyə şoku yaşanmamalıdır. Necə ki əvvəlki illərdə Beynəlxalq Bankla bağlı yaşanmışdı".

Yenixeber.org: Bu sözləri Milli Məclisdə Hesablama Palatasının 2018-ci illə bağlı hesabatının müzakirəsi zamanı deputat Əflatun Amaşov deyib.

Mətbuat Şurasının sədri əlavə edib ki, Hesablama Palatası nöqsan və qüsurları aşkar edərək ortaya qoyur: “Eləcədə öz fəaliyyətində beynəlxalq standartlara uyğun işləyir, fəaliyyətini təkmilləşdirir”.

Amaşov xatırladıb ki, neçə illərdir Hesablama Palatasının hesabatını diqqətlə izləyir: “Hər dəfə palata nöqsanlar aşkar edir və təkliflər səsləndirir. Amma təəssüflər olsun ki, aidiyyəti qurumlar bu təklifləri nəzərə almır. Əgər təkliflər nəzərə alınsa, növbəti hesabat dövründə bu qədər qüsurlar müəyyən olmazdı. Arzu edirəm ki, qarşıdakı illərdə qurumun hesabatlarını müsbət dəyərləndirmək üçün də əsaslar tapaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam