Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Paşinyanı tənqid edən blogeri zibil qutusuna atmaq istədilər

 

Paşinyanı tənqid edən blogeri zibil qutusuna atmaq istədilər
Ermənistanda hökuməti tənqid edən blogeri zibil konteynerinə atmaq istəyiblər. “Facebook” sosial şəbəkəsində Nikol Paşinyanın siyasətini və onun tərəfdarlarını tənqid edən “Adekvad” səhifəsində videomateriallar yerləşdirən bloqer Narek Malyan hökumətin himayə etdiyi “Restart” hərəkatının üzvlərinin hücumuna məruz qalıb.
Yenixeber.org: Bloger Malyan və onun həmkarı Artur Danielyan İrəvan Dövlət Universitetinin təcrübəli rektorunu nəyin bahasına olursa olsun vəzifəsindən uzaqlaşdırmaq istəyən Paşinyan hökumətini mütəmadi olaraq sərt tənqid ediblər. Hökumətin tərəfdarlarından ibarət olan “Restart” üzvləri bloqerə qarşı törətdikləri xuliqanlığı inkar etməyərək bəyan ediblər ki, “zibil, məhz zibil konteynerində olmalıdır”.

Hökumətin himayə etdiyi xuliqanların bu hərəkətinin qarşısını post-patrul xidmətinin əməkdaşları alıblar. Faktla bağlı polis tərəfindən araşdırma aparılır. Bununla yanaşı, himayədarlarına arxalanan “Restart” üzvləri bloqerin zibil konteynerinə atılması cəhdinin videomaterialını sosial şəbəkələrdə yerləşdiriblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam