Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Krımda gərginlik:Rusiya hərbi təyyarələri havaya qaldırdı

 

Ukrayna gəmilərinin Kerç boğazına yaxınlaşması üzündən Rusiya havaya hərbi təyyarələri qaldırıb.

Yenixeber.org: Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Bildirilir ki, havaya bir neçə təyyarə qaldırılıb.

*   *   *13:38

Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmi Rusiya sərhədlərini pozaraq Kerç boğazı istiqamətində irəliləyib.

Yerli KİV-lər bildirir ki, bu barədə FTX-nın Krım üzrə sərhəd xidməti məlumat yayıb.

Məlumata görə, Ukrayna gəmiləri BMT-nin Dəniz hüququna dair konvensiyasının 2 maddəsini pozub. Ukrayna gəmiləri Rusiya tərəfinin heç bir tələbinə məhəl qoymayıb.

Ukrayna tərəfi isə hadisə ilə bağlı Rusiyanı təxribat törətməkdə ittiham edib. Rusiya gəmilərinin Ukrayna gəmilərinə qarşı təcavüzkar davranışları tənqid edilib.

“Rusiyanın sərhədçi “Sobol”, “Don”, “Manqust” və “Suzdaleç” gəmiləri açq təxribatlara yol veriblər. “Don” sərhədçi gəmisi bizim reyd gəmimizə qarşı taran edib və nəticədə gəminin əsas mühərriki sıradan çıxıb”, - rəsmi Kiyevin yaydığı bəyanatda bildirilib.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam