Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Prezident və birinci xanım Marius Vizer ilə görüşüb - FOTO

 

Prezident və birinci xanım Marius Vizer ilə görüşüb - FOTO
Sentyabrın 21-də Bakıda keçirilən cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer ilə görüşüblər.
Yenixeber.org: Görüşdə cüdo üzrə dünya çempionatının Bakıda yüksək səviyyədə keçirildiyi qeyd olundu. Azərbaycanın mötəbər idman tədbirlərinin mütəmadi olaraq keçirildiyi bir məkana çevrildiyi bildirildi.

Söhbət zamanı Azərbaycanın beynəlxalq idman əməkdaşlığına töhfə verdiyi, ölkəmizdə idmana dövlət səviyyəsində qayğı göstərildiyi bildirildi, Azərbaycan idmançılarının böyük uğurlar əldə etdikləri qeyd olundu.



Beynəlxalq Cüdo Federasiyası ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilən görüşdə Azərbaycanın bu qurumun fəal üzvlərindən biri olduğu vurğulandı, gələcəkdə əməkdaşlığın daha da genişləndiriləcəyinə əminlik ifadə edildi.

Sonra Mehriban Əliyevaya idman aləmində və “Ədalətli oyunlar”ın təbliğində nümunəvi nailiyyətlərinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı təqdim olundu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam