Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Azərbaycan ŞƏT-də statusunu dəyişə bilər

Azərbaycan ŞƏT-də statusunu dəyişə bilər

Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimov ilə müzakirələr aparıb

Yenixeber.org: XİN-dən  verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) arasında əməkdaşlığın inkişaf etdirilməsi perpektivləri müzakirə edilib.

Azərbaycanın təşkilatla əməkdaşlığı daha da inkişaf etdirmək və keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətində olduğunu bildirən nazir Elmar Məmmədyarov ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq Tərəfdaşı statusundan müşahidəçi səviyyəsinə qaldırılmasının vacibliyini diqqətə çatdırdı.

Öz növbəsində, Rəşid Alimov müşahidəçi statusunun əldə edilməsi ilə bağlı Azərbaycanın müraciətinin ŞƏT-in Milli Koordinator Şurasının cari ilin avqust ayında keçirilmiş iclası zamanı müzakirə edildiyini söylədi. O, bu məsələnin ŞƏT ölkələri xarici işlər nazirləri şurasının iclasında baxılacağını dedi. Görüş zamanı tərəflər təmasların davam etdirilməsi ilə bağlı razılığa gəldilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam