Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

“Rahib Branson azad olunsa, böhran dərhal başa çatacaq” –Trampın köməkçisi

bolton

Türkiyə amerikalı rahib Endryu Bransonu azad etsə, Vaşinqtonla Ankara arasındakı böhran dərhal başa çatacaq.

Yenixeber.org: Məlumata görə, bunu ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton deyib.

O bildirib ki, Ankara rahibi buraxmamaqla böyük səhvə yol verib.

Rahibin azad edilməməsinin Türkiyənin NATO üzvlüyünə təsir edib-etməyəcəyi barədə danışan C.Bolton bu məsələnin gündəlikdə dayanmadığını deyib:

“Bizim əsas diqqətimiz rahib Bransona və Türkiyə hökuməti tərəfindən saxlanılan digər amerikalılara yönəlib”.

Xatırladaq ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib.

ABŞ isə bununla əlaqdəar Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.(trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam