Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Gürcüstan yeni 5 buraxılış məntəqəsi tikəcək

 

Gürcüstan noyabrın sonunda Azərbaycanla sərhəddə beş nəzarət-buraxılış məntəqəsinin (NBM) tikintisinə başlamağı planlaşdırır.

"Xeberinfo.com":Məlumata görə, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu il ölkədə həyata keçirilən sərhəd infrastrukturu layihələrinin təqdimatında bildirib.

Baş nazirin sözlərinə görə, habelə müvafiq sərhəd infrastrukturlarının tikintisi planlaşdırılır: “Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Gürcüstanla Azərbaycan arasında beş sərhəd sektorunun tikintisinə başlanacaq. Habelə Türkiyə ilə sərhəddə sərhəd infrastrukturlarının yenidən qurulmasına başlanacaq. Qeyd etmək lazımdır ki, Gürcüstan hökuməti sərhəd infrastrukturlarının abadlaşdırlması üçün maksimum səy göstərir. Bu il Sərhəd Polisinin inzibati binası yenidən qurulub”.

İ.Qaribaşvili qeyd edib ki, 2014-cü ildə 10 yeni sərhəd sektoru (ikisi Türkiyə, ikisi Azərbaycan, üçü Ermənistan, üçü Rusiya ilə) tikilərək istismara verilib: “Sərhədlərin müdafiəsi Gürcüstanın yeni hökumətinin əsas hədəflərindən biridir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam