Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Hərbi Hava Qüvvələrinin yeni hərbi hissəsinin açılışı olub- FOTOLAR

 

Hərbi Hava Qüvvələrinin yeni hərbi hissəsinin açılışı olub - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.
Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, avqustun 4-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov HHQ-nin cəbhəboyu zonada yeni inşa edilən hərbi hissəsinin açılışında iştirak edib, şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub.



Müdafiə Nazirliyinin rəhbərliyi həmçinin ərazidəki qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq və əşya anbarı, qazanxana, sıra meydanı, nəzarət buraxılış məntəqəsi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.



Ali Baş Komandanın ordu quruculuğu sahəsində qarşıya qoyduğu vəzifələri şəxsi heyətin diqqətinə çatdıran Müdafiə naziri döyüş hazırlığının səviyyəsinin daha da artırılması ilə bağlı komandanlığa konkret tapşırıqlar verib.
Sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birgə nahar edib.

























Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam