Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

İsrail Türkiyəni “erməni soyqırımı” ilə hədələyir

İsrail Türkiyəni “erməni soyqırımı” ilə hədələyir
İsrail deputatları İçik Şmuli və Əmir Ohana qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini Knessetə təqdim etməyə hazırlaşır. 

Yenixeber.org: Bu barədə “Jerusalem post” məlumat yayıb.
İsrailin Xarici İşlər Nazirliyi qanun layihəsini Knessetə təqdim edilməsinə münasibət bildirməyib. Bu arada İsrailin nəqliyyat və kəşfiyyat naziri İsrael Katz qondarma "erməni soyqırımı"nın tanınması üçün çağırış edib.

O, “Ynet”ə müsahibəsində bildirib ki, erməni "Holokostu"nu tanımamaq üçün mənəvi və tarixi səbəblər yoxdur.

“Ərdoğan İsrailə münasibətdə gərginlik və təxribatı artırmağa çalışır. O, “Müsəlman qardaşları”nın üzvüdür və İsrailin ideoloji düşmənidir”- deyə Katz bildirib.



Daha öncə İsrailin təhsil naziri Naftali Bennet də qondarma soyqırımı tanımağa çağırış etmişdi. Bütün hallarda Knessset qanun layihəsini qəbul etsə belə, son qərarı İsrailin baş naziri Benjamin Netanyahu verəcək.

Qeyd edək ki, bu ilin əvvəlində İsrail Knesseti qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini rədd edib. Belə ki, İsrailin “Yeş Atid” partiyasının sədri Yair Lapid parlamentə qondarma soyqırımın tanınması ilə bağlı qanun layihəsi təqdim edib. Lakin İsrail parlamentariləri elə ilkin səsvermədə "erməni soyqırımı"nın tanınması ilə bağlı qanun layihəsini qəbul etməkdən imtina ediblər.

İsrailin xarici işlər nazirinin müavini Tsipi Xotoveli bəyan edib ki, İsrail qondarma soyqırımın tanınması ilə bağlı rəsmi mövqe nümayiş etdirməyəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam