Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Bu yollarda hərəkət məhdudlaşdırıldı

Bakı-Ələt avtomobil yolunun Azneft dairəsi – Bayıl dairəsi arasında yerləşən hissəsində (hər iki istiqamətdə) və Lökbatan-Qobu-Hökməli yollarında hərəkət tam və qismən məhdudlaşdırılacaq.
Yenixeber.org: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, məhdudiyyət avtomobil yoluna yeni üfiqi nişanlanma xətlərinin çəkilişi işləri ilə əlqaədardır. Bu məqsədlə, sözügedən yollarda axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılıb.
Bakı Dairəvi-1 avtomobil yolunda (hər iki istiqamət üzrə) da əyri-xətli dəmir tirlərin yol ayrıcında və yolun kənarlarında yenilənməsi işləri aparılır. Bu məqsədlə avtomibillərin hərəkəti iş gedən zolaqlar üzrə məhdudlaşdırılıb.
Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.(axar)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam