Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Prezidentin köməkçisi: "Azərbaycan ordusu ən çətin tapşırıqların öhdəsindən gəlməyə qadir qüvvətli ordudur"

 “Müasir Azərbaycanın əldə etdiyi əsas uğurlardan biri də güclü ordunun yaradılmasıdır”
 Yenixeber.org:Bunu Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov ümummilli lider Heydər Əliyevin 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Sevdiyim” adlı layihənin təqdimat mərasimində deyib.
O qeyd edib ki, hazırda Azərbaycan ordusu müasir silahlarla təchiz edilib, yüksək döyüş hazırlığına malik, Ali Baş Komandanın rəhbərliyi ilə ən çətin tapşırıqların öhdəsindən gəlməyə qadir, qüvvətli ordudur.
F.Ələsgərov xatırladıb ki, bu ordu öz gücünü 2016-cı ilin aprel ayındakı döyüşlərdə göstərib və üçrəngli bayrağı düşməndən azad edilən torpaqlarda ucaldıb: “Əminik ki, yaxın zamanlarda üçrəngli bayrağımız işğaldan azad edilən torpaqlarda, Şuşada, Xankəndində dalğalanacaq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam