Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Cümhuriyyətin 100 illiyi ilə bağlı medal təsis edildi

 

Cümhuriyyətin 100 illiyi ilə bağlı medal təsis edildi
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə medal təsis olunub.
Yenixeber.org: Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. 

Dəyişikliyə əsasən, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiiyi (1918-2018)” yubiley medalı təsis edilib. 

Bu medalla Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif olunacaqlar. Medal döşün sol tərəfinə, digər orden və medalları olduqda, ondan sonra taxılır.

Medal bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, səkkizguşəli dalğavari kontorlu, diametri 40 mm olan, üzərində ikitərəfli hamar şualı səkkizguşəli ulduz yerləşdirilən lövhədən ibarətdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam