Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

“Ermənistanın yeni baş naziri Paşinyan olacaq”- Karapetyan

 

“Ermənistanın yeni baş naziri Paşinyan olacaq” - Karapetyan
Yenixeber.org: Ermənistanda baş nazir vəzifəsini icra edən Karen Karapetyan prezident Armen Sarkisyandan ölkədə növbədənkənar parlament seçkiləri təyin etməyi xahiş edib.
TASS-ın məlumatına görə, Karapetyan parlament seçkilərində müxalifət lideri Nikol Paşinyanın qələbə qazanacağı ehtimalını inandırıcı hesab edib. 

“Yaranmış vəziyyət dalana dirənib. Paşinyan bəyan edib ki, müvəqqəti baş nazir xalqın namizədi, yəni özü olmalıdır. Mən prezidentdən siyasi qüvvələrlə məsləhətləşməyi və yeni parlament seçkilərinin təyin olunmasını xahiş etdim. Əgər Ermənistan vətəndaşları Paşinyanı seçmək istəsələr, ölkənin baş naziri məhz o olacaq”, - deyə Karapetyan bildirib.

Armen Sarkisyan ölkədə yaranmış mürəkkəb vəziyyəti və çıxış yollarını müzakirə etmək üçün parlamentdə təmsil olunan və olunmayan siyasi qüvvələrlə məsləhətləşmələrə başlayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam