Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Ramiz Mehdiyev:“Miqrasiya Xidmətində şəffaflıq olmalıdır”

Ramiz Mehdiyev: “Miqrasiya Xidmətində şəffaflıq olmalıdır”
“Miqrasiya Xidməti Respublikanın qapısıdır. Bu qurum dövlətə əməli ilə hörmət gətirməlidir”.
Yenixeber.org: Bunu Prezident Administrasiyasının rəhbəri, akademikRamiz Mehdiyev Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynovu kollektivə təqdim edərkən deyib. 

PA rəhbərinin sözlərinə görə, prezident İlham Əliyev miqarsiya xidmətinin fəaliyyətinə iradlar tutub və bunların tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayıb. 

“Cənab prezident hesab edir ki, Miqrasiya Xidmətində təmizlik, aşkarlıq, şəffaflıq olmalıdır. Rüşvətxorluğa son qoyulmalıdır. Sabah bu məsələlər yenidən baş versə, aidiyyatı insanlar məsuliyyətə cəlb olunacaqlar. Miqrasiya Xidməti respublikanın qapısıdır. Bu qurum dövlətə əməli ilə hörmət gətirməlidir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncama əsasən millət vəkili Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam